Lənkəran gəncləri arasında "Xəmsə" intellektual oyunu baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 avqust tarixində verir.
İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır.
24 avqust saat 11:00-da baş tutacaq yarış Lənkəran Gənclər Evində keçiriləcək və iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat 3 gün davam edəcək.
Qeyd edək ki, oyun Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.