Lənkəranın Heydər Əliyev Mərkəzində Uşaq İncənət Festivalının birinci mərhələsində dekorativ-tətbiqi sənət, rəssamlıq və heykəltaraşlıq nominasiyalarında qalib gəlmiş şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Uşaq Rəssamlıq Məktəbinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ziyarətçilər Uşaq İncəsənət Festivalında uğur qazanmış iştirakçıların əsərləri ilə tanış olublar.