Lənkəranda travmatoloq-ortoped İlham Qubadovun 90 illik yubileyi münasibətilə xatirə gecəsi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Tədbir 30 mart tarixində saat 12:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
"Cənub bölgəsinin ziyalıları" layihəsi çərçivəsində keçiriləcək görüşün məqsədi gənc nəslə ziyalılarımızı tanıtmaq, onları yaşatmaqdır.