Lənkəran şəhərinin Ürgə kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.
Hadisə nəticəsində ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.