Lənkəran şəhərinin Kənarmeşə kəndində tövlə və orada yerləşən ot bağlaması yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 200 kiloqram ot bağlaması yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.