Lənkəran şəhərində “Təmiz ölkəm” layihəsi çərçivəsində təmizlik aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
Aksiya 29 iyul saat 10:00-dan etibarən Lənkərançayın sahilində başlayacaq. Bütün rayon sakinləri aksiyaya qoşulmağa və təbiətimizin qayğısına qalmağa dəvət olunurlar.
Qeyd edək ki, təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.