Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov Lənkəran məktəblərinin direktorları ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində verir.
Görüşdə tədrisin keyfiyyətinin artırılması və düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili və qarşıda duran hədəflər müzakirə olunub, təkliflər dinlənilib, müəyyən tapşırıq və tövsiyələr verilib.