Lənkəranda "Stresin idarə olunması" adlı təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Təlim 17 avqust tarixində saat 15:00-da Lənkəran Gənclər Evində baş tutacaq. Təlimçi Zəhra Əliyevanın təqdimatında keçiriləcək təlimdə stresi yaradan səbəblər, stresin tərifi, diqqətlilik, məqsədli şəkildə nəfəs alıb-vermə kimi bir çox məlumatlar veriləcək.
Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir. Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSceHiDYmQN0t97JK5grxJWnHyvpWOqr0glT_AVN0Ln0qZMrew/viewform