İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Lent.az-a istinadən verir.
Həyata keçirilən tədbirlər nəticəsində Lənkəranda ruhaniliklə məşğul olan Cəmil Bədəlov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. O həbs edilib.