Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə Lənkəran-Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”da olan 4, “Mercedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.