Lənkəranda bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində Report-a istinadən verir.
Şəhərin Heydər Əliyev prospekti, bina 17/3 ünvanında 12 yaşlı Ləman İsmayılova qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynunun qırılması nəticəsində ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.