Lənkəran rayonu Sütəmürdov kəndində Dəhnə adlanan ərazidə məişət tullantıları yığılıb qalıb.
Cenublu.az xəbər verir ki, ətrafda yaşayan sakinlər deyir ki, gecə saatlarında ayrı-ayrı vətəndaşlar dənizə gedən yola avtomobillə gələrək, məişət tullantılarını atıb ərazini zibilliyə çevirirlər. Onların sözlərinə görə, yay mövsümü yaxınlaşır, Lənkərana dənizə çimmək üçün gələn qonaqlar mütəmadi olaraq bu yoldan istifadə edəcəklər. Ərazi tullantılardan təmizlənməsə və ya əraziyə zibil atanlarla bağlı tədbirlər görülməsə, turistlər bu mənzərənin şahidi olacaqlar.
Onu da qeyd edək ki, dəfələrlə aidiyyəti qurumlar ərazini təmizləsələr də, bəzi vətəndaşlar öz çirkin əməllərindən əl çəkmirlər.