Lənkəran şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Report.az-a istinadən verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran şəhərindəki Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.