Lənkəran KOBİM tərəfindən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Menecmentdə motivasiya və rəhbərlik üslubları” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Təlimdə 4 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən KOB-lərə işçilərin və istehlakçıların davranış motivləri, motivasiyanın mahiyyəti və xüsusiyyətləri, işçilərin motivasiyasının yüksəlməsi yolları, təşkilatların idarə edilməsi mexanizmi, təşkilat rəhbərlərinin heyəti idarə etmə metodları, rəhbərlik üslublarının müqayisəsi və situasiyaya uyğun optimal üslubun seçilməsi yolları barədə ətraflı məlumat verilib. Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.