Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti ilə bağlı regionun bir qrup media nümayəndələri ilə görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 avqust tarixində verir.
Görüşdə 29 müxtəlif media qurumunun təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı idarə müdiri Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti dövründə baş tutmuş işlər barədə məlumat verib, media nümayəndələrini maraqlandıran müxtəlif sual və təklifləri cavablandırıb.