Lənkəran Olimpiya İdman Kompleksində məşqçi-müəllimlərlə yığıncaq təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.
Görüş Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin və Lənkəran Olimpiya İdman Kompleksinin məşqçi-müəllimləri arasında baş tutub. Onlar rayonda idmanın inkişafı ilə bağlı mövzuları müzakirə ediblər. Həmçinin məşqçilərin öhdəlikləri və qarşıda duran məqsədlər nəzərə çatdırılıb.