Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Tədbirdə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev iyul ayı ərzində görülən işlər haqqında ətraflı məruzə edib.
Mərkəzinin metodisti Nailə Hüseynova çıxışı zamanı əməkdaşlara mədəni-kütləvi tədbirlərin keçirilmə qaydaları və sənədləşmə işləri ilə əlaqədar geniş metodiki tövsiyələr verib.
Tədbirin sonunda tədbir iştirakçılarına avqust ayında qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, seminarda kənd mədəniyyət evlərinin və klubların əməkdaşları iştirak ediblər.