Lənkəran şəhərində Mədəniyyət Evinin qarşısındakı piyada keçidi və yol nişanı yenilənib. Bu haqda bu gün, 9 avqust tarixində Cenublu.az xəbər verir.
Şəhərin avtomobil yollarında piyadaların təhlükəsizliyinin artırılması məqsədilə Zərifə Əliyeva küçəsində yerləşən piyada zolağı rənglənib və hər iki istiqamətdə yeni piyada keçidi nişanı quraşdırılıb.