Lənkəran KOBİM “Öz biznesinə başla” mövzusunda maarifləndirici seminar təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.
Sessiyada 10 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Onlarla biznes fəaliyyəti üçün atılmalı olan ilkin addımlar, hazırkı bazar şəraiti və mövcud imkanlar, sahibkar olmaq üçün haradan başlamaq olar, biznes anlayışı və ümumi strukturu, biznesdə uğurun əldə edilməsi, biznes psixologiyası mövzuları ətrafında müzakirələr aparılıb.
Yəkunda iştirakçıların sualları cavablandırılıb.