Lənkəran KOBİM tərəfindən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Marketinqdə brend və brendləşmə” mövzusunda ödənişsiz təlim baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Təlimdə 5 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Lənkəran KOBİM-in eksperti tərəfindən KOB-lərə satışı artırmaqda brendləşmənin rolu, müştəri sadiqliyinin artırılması, xidmətin standartlaşdırılması, brend bilinirliyinin artırılması və brend sadiqliyinin inkişafı barədə ətraflı məlumat verilib.
Təlimdən sonra iştirakçıların sualları cavablandırılıb.