Lənkəran KOBİM tərəfindən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Biznes-planın hazırlanma qaydası” mövzusunda ödənişsiz təlim keçirilib.
Təlimə 3 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs qoşulub. Lənkəran KOBİM-in eksperti tərəfindən həyata keçirilən təlimdə biznes-plan anlayışı və ümumi strukturu, ideyanın yaranması, biznes-planın xülasəsi, sahibkarlıq subyekti haqqında qısa məlumat, təşkilati planın hazırlanması, eyni zamanda bazarın araşdırılması, maliyyə planının hazırlanması və analizi, layihə risklərinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.