Lənkəran KOBİM tərəfindən “KOB-lərdə şərikli biznes” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
Təlimdə 9 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən KOB-lərə biznesdə birgə fəaliyyətin mahiyyəti, sərmayə ortaqlığı, birgə fəaliyyət haqqında müqavilə, uğurlu ortaqlığın təminatı, koorperativlər, şəriklər arasındakı konfliktin həlli yolları, birgə biznesi uğursuzluğa aparan səbəblər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.