Lənkəran şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Mirnisə Həsənovanın 65 illik yubileyi münasibətilə tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Görüş Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib. Burada idarənin rəisi Bəxtiyar Qılıncov M.Həsənovanı təbrik edərək ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.
Sonda Mirnisə Həsənova mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.