İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Elman Allahverdiyevə quşçuluğun inkişafı layihəsi üzrə 70 min manat güzəştli kredit verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində nazir Mikayıl Cabbarovun Twitter sehifəsinə istinadən verir.
Nazirin sözlərinə görə, layihə Lənkəran rayonunda icra olunacaq. Nazir bildirib ki, kiçik və orta biznesin inkişafına dəstək prioritet istiqamətdir.