Lənkəranda ATV kanalının "Günayla Bu Səfər" verilişinin çəkilişləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
İki gün davam edən çəkilişlər zamanı Lənkəranın turizm baxımından maraqlı yerləri çəkilib, ənənəvi turizm məkanları ilə yanaşı, turistlər üçün yeni olacaq məkanlar da işıqlandırılıb.
Çəkilişlər bölgənin turizm potensialının təbliği məqsədilə Lənkəran Regional Turizm İdarəsinin təşkilati dəstəyi ilə aparılıb.