Lənkəranda "Beynəlxalq Sahibsiz Heyvanlar Günü" ilə əlaqədar gənclər sahibsiz heyvanlar üçün şəhərdə qida və su qabları yerləşdiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 avqust tarixində verir.
Aksiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi və Lənkəran Gənclər Evinin əməkdaşları, könüllüləri və üzvləri iştirak ediblər.