Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Lənkəran fazası yekunlaşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
10 müxtəlif regiondan 20 gəncin iştirak etdiyi layihədə iştirakçılar proqramın son günlərində həyata keçirəcəkləri davamlılıq (follow-up) layihələrin mövzusuna qərar verərək proqramı üzərində işləyiblər.
Bağlanış mərasimində NAYORA-nın sədri Azər Əliyev çıxış edərək ümumi layihə haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.