Lənkəranda yerləşən elektrik dirəyi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində verir.
Bununla bağlı sakinlər tərəfindən redaksiyamıza müraciət daxil olub.
Belə ki, Lənkəran şəhərinin Vaqif Hüseynov küçəsində yerləşən rabitə dirəyi aşmaq təhlükəsi ilə üz-üzədir.
