Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı layihə çərçivəsində Lənkəranda təmizlik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 aprel tarixində verir.
Təmizlik aksiyasında Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və əməkdaşlar, Cənub Könüllüləri, Lənkəran Gənclər Evinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Layihənin əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadə edilməsidir.