top
Lənkəranda dostunun qızına təcavüz edən kişiyə hökm oxunub
17 aprel 2024, 23:32
- ↺ +

Lənkəranda dostunun qızına təcavüz edən kişiyə hökm oxunub

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində Oxu.az-a istinadən verir.

Belə ki, Kərəm 2022-ci il avqustun əvvəllərində Elnarəni dəniz kənarına apararaq ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu hal daha sonra bir neçə dəfə təkrarlanıb. Məsələnin üstü anası Elnarənin hamilə olduğunu bildikdə açılıb.

İstintaq orqanı tərəfindən Kərəmin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərəm ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elnarə ilə qonşu olublar və ailəvi dostluq ediblər:

“Qonşu olduğumuz üçün mən və həyat yoldaşım onlara qonaq gedirdik. Elnarənin ailəsi də bizə gəlirdi. Ona həmişə şirin sözlər demişəm, bədən quruluşunun yaxşı olduğunu bildirmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, Elnarənin yeni doğulmuş övladının atasıdır və doğulmuş Fuad adlı uşağın maddi təminatını tam şəkildə ödəyəcək.

İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, o, atası, anası, qardaşı ilə birlikdə yaşayır:

“Dərslərə davamiyyətim normal olmadığı üçün 2023-cü ilin noyabrından orta məktəbə getməyi dayandırdım. Bizimlə qonşuluqda yaşayan təxminən 50 yaşlı Kərəm atamla dost idi”.

Elnarə qeyd edib ki, hər dəfə Kərəm cinsi əlaqədə olduqları üçün ona beş manat verib.

Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona üç il sınaq müddəti olmaqla bir il altı ay şərti cəza təyin olunub.

Son xəbərlər

Kriminal
Bu gün, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Bu gün, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Bu gün, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Bu gün, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Bu gün, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

Oxşar xəbərlər