top
Lənkəranda “Dostluq Parkı” açılıb
01 avqust 2023, 06:10
- ↺ +

Lənkəranda “Dostluq Parkı” açılıb

Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranla ABŞ-nin Monterey şəhəri arasında qardaşlaşmış şəhərlər çərçivəsində salınmış “Dostluq Parkı”nın açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində xəbər verir.

Açılışda Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov yer alıblar.

2011-ci ildən qardaşlaşan Lənkəran və Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin baş tutması təklif olunub.

Ölkəmizin Los-Ancelesdəki baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəran və Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini bildirib.

Ramin Qurbanov Vətən müharibəsindən sonra erməni diasporunun Montereydə daha fəallaşdığını bildirib və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin inkişafının daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Baş konsulun sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir.

Xatırladaq ki, İstisu qəsəbəsində 5 ha ərazidə salınan Dostluq Parkı iki hissədən – göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsinin inşası başa çatıb.

Sonda tədbir iştirakçıları yeni salınan gölə balıq buraxıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
01 oktyabr 2026, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
01 oktyabr 2026, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
01 oktyabr 2026, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
01 oktyabr 2026, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Oxşar xəbərlər