Lənkəran şəhərində Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü ilə əlaqədar olaraq "Dilimiz tariximizdir" adlı görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Görüşdə Lənkəran şəhər Ürgə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nisəxanım Azadova gənclərə dilimizin tarixi, inkişafı, formalaşması, əlifbamızın yaranması və ədəbi dilin normaları haqqında məlumat verib.
Qeyd edək ki, görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran Gənclər Evinin təşkilatçılığı ilə keçirilib.