Lənkəran şəhərində dənizdə bir nəfər batıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində verir.
Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması qeydə alınıb.
Axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.