Lənkəran şəhərində "Birlikdə Bacara Bilərik/ Qadınlar STEM-də" layihəsi çərçivəsində maarifləndirici görüş təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Görüş zamanı Cənub zonasından olan qadınlara "Effektiv ünsiyyət texnikaları və özünü təqdimetmə bacarıqları", "Doğru karyera planlaması", "Sahibkarlıq/ İnnovasiya/ Startaplar" adlı interaktiv təlimlər keçirilib.
Layihənin əsas məqsədi STEM üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, karyerasını bu sahədə qurmağı planlayan 15-30 yaşlı Cənub bölgəsində yaşayan xanımlara dəstək olmaqdır.
Tədbir GİKM-in Lənkəran–Astara regional nümayəndəliyinin əməkdaşlığı ilə həyata keçirilib.