Lənkəranda görkəmli dramaturq, şair, nasir, tərcüməçi Cəfər Cabbarlının anadan olmasının 125 illiyi ilə əlaqədar "Bahar oğlu" adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.
Tədbirdə bölgə yazarları, teatrın aktyor və rəhbər heyəti iştirak ediblər. Tədbirdə iştirak edən AMEA-nın Ədəbi tənqid şöbəsinin müdiri professor Vaqif Yusifli Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Çıxış edənlər sənətkarla bağlı fikir və düşüncələrini bölüşüblər. Teatrın aktyorları görkəmli ədibin şeirlərini səsləndiriblər.
Qeyd edək ki, tədbir Lənkəran Dövlət Dram Teatrında AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.