Lənkəranda "Biznes Kamp" adlı tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 avqust tarixində verir.
“Marsol Group” səfər çərçivəsində Masallı Sənaye Parkında fəaliyyət göstərən Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə inşa edilən tikiş fabrikini ziyarət edib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB Dostu Cavad Əzizov, Astara KOB Dostu Seymur Murtuzayev, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara üzrə direktor müavini Vüqar Xalıqov, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Niyazi Bağırov və media nümayəndələri iştirak ediblər.
Sənaye bölgəsində şəhid və qazi ailə üzvlərinin işlədiyi, gəbə toxunuş, işçi uniformalarının hazırlandığı tekstil fabrikinə ekskursiya təşkil edilib.
Qeyd edək ki, kamp “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı, sahibkarların iştirakı ilə baş tutub.