Lənkəran şəhərinin Gərmətük qəsəbəsində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin qalan hissəsi alovdan mühafizə edilib. Yanğın söndürülüb.