Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəranda qida sahəsində fəaliyyət göstərən 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 avqust tarixində verir.
Belə ki, Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən "Dörd Fəsil" restoranında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Lənkəran şəhərinin Ləvəngi dairəsində yerləşən "ATP" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və H.Abdullayev küçəsi, ev 37-də yerləşən "Düşbərə" kafesində hər iki qeyd olunmuş nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.