Lənkəranda iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə Lənkəran-Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 35 yaşlı Sadiq Rzayev, 53 yaşlı Allahverdi İbrahimov, 53 yaşlı Füzuli Allahverdiyev, 32 yaşlı Günel İbrahimova, 25 yaşlı Təmail İbrahimov, 4 yaşlı Günəş Agayeva, 11 yaşlı Mirvəli Agayeva xəsarət alıblar. Onlar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstələrə, əsasən, döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, Tuado kənd inzibati ərazi üzrə icra nümayəndəsi Allahverdi İbrahimovun vəziyyəti ağırdır.