Lənkəranda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.