Lənkəranda gənclər üçün Avropa İttifaqının təklif etdiyi təqaüdlü təhsil və təcrübə imkanları barədə ətraflı məlumat sessiyası baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində verir.
27 avqust saat 14:00-da keçiriləcək məlumat sessiyası zamanı iştirakçılar aşağıdakı mövzular haqda məlumat əldə edəcəklər:
- “Erasmus" ilə Avropada tam təqaüdlü qısamüddətli təhsil almaq (Erasmus Student Exchange);
- “Erasmus plus” vasitəsilə Avropada tam təqaüdlü qısamüddətli proqramlarda iştirak etmək (Erasmus Youth Exchange);
- Avropa ölkələrində təqaüdlü magistr proqramları barədə məlumat;
- Yuxarıda verilən təqaüd proqramları barədə Gənc Avropa Səfirlərinin şəxsi təcrübələri;
- Gənc Avropa Səfirləri şəbəkəsinə qoşulmaq qaydaları və şəbəkənin fəaliyyəti.
Qeyd edək ki, məlumat sessiyası Gənc Avropa Səfirləri şəbəkəsinin (Young European Ambassadors Network) təşəbbüsü ilə Qala Xiyabani küçəsi, 13-də, “Tor Coffee Shop”da fəaliyyət göstərən “O biri otaq”da baş tutacaq.