Lənkəranda “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.
Layihənin açılış tədbiri Lənkəran Gənclər Evində 5 avqust saat 10:00-da təşkil olunacaq.
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən icra olunur.