Sosial şəbəkələrdə Lənkəranda azyaşlının narkotik istifadəçisi olması ilə bağlı iddialar yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 aprel tarixində verir.
13 yaşlı uşağın anası müəyyən şəxs tərəfindən onun uşağının narkotikə aludə edilməsi ilə bağlı iddialar səsləndirib. Məsələ Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.
Azyaşlı Narkoloji Xəstəxanada müayinədən keçirilib. Ekspertiza onun hər hansı narkotik və ya psixotrop maddələrin təsirində olmasını müəyyən etməyib.
Təsdiqləndirilib ki, ananın övladının narkotikdən istifadə etməsi ilə bağlı iddialar əsassizdır.