Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbiri zamanı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində ağacların qanunsuz kəsilməsi faktı müəyyən edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində Report-a istinadən verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, araşdırma zamanı ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev tərəfindən kəsildiyi aşkar olunub.
Bəhruz Məhəmmədovun sözlərinə görə, faktla bağlı akt tərtib olunub. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.