Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri üçün açıq havada rəsm dərsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində verir.
Dərsdə 15 şagird akril vasitəsilə kətan, eləcə də karandaşlarla kağız üzərində mənzərələr əks etdirib.
Xanbulan gölü ətrafında keçirilən dərs şagirdlərdə bədii təfəkkürün, zövqün, yaradıcı hisslərin inkişaf etdirilməsi və rəssamlıq sənətinə marağın stimullaşdırılması məqsədilə təşkil olunub.
Qeyd edək ki, dərslərin yay mövsümü ərzində hər həftənin son günləri keçirilməsi planlaşdırılıb.