Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdləri üçün açıq havada növbəti rəsm dərsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyul tarixində verir.
Şagirdlər Lənkərandakı “Bəşəru” istirahət mərkəzində mənzərəni akril boyalarla kətan üzərinə köçürüblər. Dərslər yay tətili ilə əlaqədar yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil olunur.
Qeyd edək ki, dərslərin yay mövsümü ərəfəsində hər həftənin son günləri keçirilməsi nəzərdə tutulub.