Lənkəranda dənizdən bir nəfərin meyiti çıxarılıb. Bu haqda məlumatı Cenublu.az APA-ya istinadən bu gün, 9 avqust tarixində verir.
"Beluqa" çimərliyində 68 yaşlı Surxay Əliyev dənizdə çimərkən infarkt keçirib və dünyasını dəyişib.
Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.