Lənkəran rayonunda 58 yaşlı kişi intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində Report-a istinadən verir.
Hadisə rayonun Şovu kəndində qeydə alınıb. 58 yaşlı Rafəddin Eynullayev öz həyətindəki ağacdan özünü asıb. Eynullayevin intihar səbəbi hələ ki məlum deyil.
Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər.
Faktla bağlı araşdırma aparılır.