top
Lənkəranda 16 yaşlı qız 59 yaşlı evli kişidən uşaq dünyaya gətirib
15 mart 2024, 23:26
- ↺ +

Lənkəranda 16 yaşlı qız 59 yaşlı evli kişidən uşaq dünyaya gətirib

Lənkəranda 16 yaşlı qızın hamilə qalması və oğlan uşağı dünyaya gətirməsindən sonra açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 mart tarixində Qafqazinfo.az-a istinadən verir.

Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış iş üzrə Lənkəran şəhər sakini, 59 yaşlı Ruslan Hüseynov (ad və soyad şərtidir) təqsirləndirilib.

Aparılan ibtidai istintaq zamanı uşaq dünyaya gətirmiş yetkinlik yaşına çatmayan Fəridə İmanova (ad və soyad şərtidir) qonşuluqda yaşayan Ruslanın ona daim şirnikləndirici sözlər dediyini bildirib. Həmin şəxsin avtomobili ilə Lənkəranda dənizkənarı əraziyə getdiklərini və orada intim münasibətdə olduqlarını deyən qız övladının atasının həmin şəxs olduğunu bildirib.

Evli olan Ruslan Hüseynov isə ifadəsində qonşuluqda yaşayan yeniyetmə qızla heç vaxt cinsi əlaqədə olmadığını iddia edib.

Bundan sonra uşaq və Ruslan Hüseynovla bağlı genetik ekspertiza təyin edilib. Ekspertizanın nəticəsinə əsasən, uşağın bioloji atasının 59 yaşlı Ruslan olması dəqiqləşib.

Lənkəran Şəhər Məhkəməsində keçirilən prosesdə Ruslan Hüseynov artıq doğulan uşağa rəsmi atalıq verdiyini bildirib və onun bütün xərclərini öz üzərinə götürdüyünü vurğulayıb.

Zərərçəkmiş tərəf də Ruslanın həbs edilməsini istəmədiyini, onun uşağa atalıq etdiyini və törədilmiş cinayətə görə həmin şəxsi bağışladıqlarını bildirib.

Məhkəmənin 4 mart 2024-cü il tarixli hökmü ilə Ruslan Hüseynova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Oxşar xəbərlər