Lənkərançayın Lənkəran rayonu ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməcilikdə tullantı yığılaraq ərazilərdən daşınıb.